Biz kimik
Çox az sərmayə ilə 9 noyabr 2008-ci ildə işə başladıq. Məhsulun və xidmətin keyfiyyətini artırmaq üçün bütün əzmimizlə çalışdıq. Çalışdıqca böyüdük, böyüyürük.
Bizim şüarımız
Təzə, dadlı və sağlıqlı çərəz.
Bizim həyat amalımız
Müştərilərimizə daim müasir və yenilikçi xidmət yanaşması ilə “Mister Tum”u ölkədə ən çox sevilən çərəz brendinə çevirməkdir.
Biz məqsədimizə necə çatırıq
Öz işinə vurğun peşəkar komandamızın səyi, müasir texnologiyaların dəstəyi və səmərəli iş fəaliyyətimiz ilə biz məqsədimizə hər gün yaxınlaşırıq.
Bizim hədəfimiz
Dadlı, təzə, təravətli və sağlıqlı məhsullarımızla müştərilərimizə hər gün daha da yaxşı xidməti göstərmək.
Bizim dəyərlərimiz
Müştərilərimizin, işçilərimizin və birlikdə çalışdığımız hər kəsin bizdən eyni dərəcədə razı qalması bizim ən vacib dəyərlərimizdir.
Bizim prinsiplərimiz
Biz, güclü komanda ruhuna və mehriban münasibətlərə sahib bir ailəyik. İşdə və insanda halallığa dəyər veririk. Bunlarla yanaşı, dürüst işgüzar münasibət qurmaq, işə can yandırmaq, işdə məhsuldar olmaq, problemlərin həlli yollarını tapmağa çalışmaq, möhkəm nizam-intizam sərgiləmək bizim üçün prinsipial mövzulardır. Bütün bunlar bizi rəqiblərimizdən fərqli və güclü edir.
İşçilərimiz
Əməkdaşlarımızın sahib olduqları səriştələr bizim ən böyük kapitalımızdır. Biz, müştəri və tərəfdaşlarımıza verdiyimiz dəyərin eynisini əməkdaşlarımıza veririk. Onları yaxşı iş şəraiti, sağlam işgüzar münasibətlər, ədalətli əməkhaqqı ilə təmin edir, fikirlərinə hörmətlə yanaşır və tənqidlərini bir fürsət kimi qəbul edirik.
İdarəetmə tərzimiz
Təşkilatımızda istər böyük, istərsə də kiçik bir prosesi idarə edən hər bir işçini idarəçi hesab edirik. Onlardan təşəbbüskar, ünsiyyətdə açıq olmalarını və özlərinə güvənmələrini gözləyirik. Hər bir idarəçi fərdi və peşəkar səriştələrini daim artırmalı, biznesi yenilikçi təklif və fəaliyyətlərlə daim qabağa dartmalıdır. İdarəçi və işçilər arasındakı əlaqə nəzakət, hörmət və etimad çərçivəsində aparılır. İdarəçilərimizin davranışı nümunəvi olmalıdır
Təşkilati struktur